Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində öz işinə başladı. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilir. Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi, İntellektual əsrdə sənayelər, İnsan kapitalına investisiya, Planetin mühafizəsi və Etimadın bərpası. Dünən ABŞ-da vəzifəsinin icrasına başlayacaq Donald Trampın yanvarın 23-də sammitə onlyan olaraq qoşulması gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə edilən məsələlərin aktuallığı, əhatəliliyi və qatılan iştirakçıların sayı baxımından BMT sistemi daxilində olduqca mühüm əhəmiyyətə malikdir. Əgər BMT-nin 193 üzv dövləti varsa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 198 dövlət qoşulub. Belə qlobal əhəmiyyətli tədbirin 2023-cü ildə beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini tam bərpa etmiş Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun təsdiqidir.