Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Cəbrayıl Şəhər Günü münasibətilə keçirilən təntənəli bayram tədbirində dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” (quruluşçu rejissor E.Mirzəyev, bərpaçı rejissor Ə.Hacıyev) operettasını təqdim edib.
Onlar işğaldan azad olunmuş Cəbrayıl torpağında belə bir möhtəşəm bayram tədbirində çıxışları ilə qürur duyduqlarını bildirərək 44 Günlük Zəfər salnaməmizi al qanları ilə yazan şəhidlərimizin ruhlarını ehtiramla yad ediblər.
Qeyd edək ki, tamaşada Əməkdar artist, Prezident mükafatçı Əzizağa Əzizov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, aktyorlar Gülcahan Salamova, Aydan Həsənova, Emin Zeynallı, Ülviyyə Əliyeva, Əmrah Dadaşov və balet truppasının artistləri iştirak ediblər.
Visiontv.az