Amerika prezidenti: “Allah mənə dedi ki,”...
Amerika prezidenti: “Allah mənə dedi ki,”...
12.02.2025 Elbəyi Həsənli Tərəfindən

“Mən Allahdan gələn missiyaya uyğun hərəkət edirəm. Allah mənə dedi: “Corc, get Əfqanıstanda terrorçularla döyüş”. Mən də gedib döyüşdüm. Sonra Allah mənə “Corc, get İraqdakı zülmə son qoy” dedi. Mən də son qoydum”.

Corc Buş (oğul)  (1946- ) Amerika Prezidenti (2001-2009)  (George Bush: God told me to end the tyranny in Iraq’, The Guardian, Oct. 7. 2005) ("Allah mənə dedi ki, İraqda zülmə son qoy” adlı müsahibə)...

Bu müsahibədən belə anlaşılır ki, aləmlərin Rəbbi ən azı 2 dəfə Corc Buşla danışıb. Ona təlimat verib...

Kim bilir? Bəlkə də digər Amerika prezidentlərinə də vəhy gəlir. İnanmırsız? Məsələn, Donald Tramp (1946) bu baxımdan lap gül vurub. Fələstinliləri Qəzzadan sürgün etmək istəyən prezident deyib: “İnanıram ki, Allah bizim tərəfimizdədir”.

Elbəyi Həsənli

Visiontv.az