Avropa ordusunun yaradılması istiqamətində qərar verilə bilər
Avropa ordusunun yaradılması istiqamətində qərar verilə bilər
18.02.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

Münhen Təhlükəsizlik Konfransında V. Zelenskinin çıxışı bir çox suallara aydınlıq gətirdi. Birinci, V. Zelenski ABŞ Təhlükəsizlik təminatlarına inanmadığını vurğuladı. Bununla da ABŞ Rusiya arasında hərhansı bir razılaşmaya Kiyevin qoşulmayacağı mesajıdır.

İkinci, Avropanın özünün orduya sahib olmasını önə çəkdi. Bununla da NATO-nun Avropanın təhlükəsizliyinə təminat vermədiyini ortaya qoydu. Demək, NATO bir qurum kimi yeni siyasi nizamda mövcudluğu formal olacaq.

Artıq ABŞ vaxtı ilə qurduğu Şimali Atlantika Alyansı öz mövcudluğunu qoruyub saxlaya bilməyəcək. Avropa ittifaqının təzyiqləri və Ukrayna prezidentinin prinsipial mövqeyi nəticəsində D. Tramp Kiyevin danışıqlarda iştirakına razı oldu.

Qeyd edim ki, Avropanın özünün ordusunu yaratması ideyası Fransa prezidenti E. Makrona məxsusdur. Məhz V. Zelenskinin bu çıxışdından sonra, E. Makron Avropa liderlərini Parisə dəvət edib. Bu görüşdə Avropa ordusunun yaradılması istiqamətində qərar verilə bilər. Həmçinin Avropa ölkələri Ukraynaya siyasi -hərbi və maliyyə dəstəyini artıracaqlar.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az