Baş direktor nümunəvi işçiləri mükafatlandırdı
Baş direktor nümunəvi işçiləri mükafatlandırdı
19.04.2024 Azəriqaz Tərəfindən

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Tərtər Regional qaz istismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanaraq nəzarətçi-çilingərlərin işini yüksək qiymətləndirib və onlara təşəkkür edib.

"Görülən işlərin çox hissəsi məhz sizin, yəni nəzarətçi-çilingərlərin əziyyətinin bəhrəsidir. Hal-hazırda fərdi yaşayış evlərində və mənzillərdə aparılan texniki müayinələri də icra edən nəzarətçi-çilingərlərdir. Bu çətin və olduqca məsuliyyətli işinizdə sizə uğurlar arzulayıram", - deyə baş direktor əlavə edib. Azər Məmmədov onların əmək şəraitinin yaxşılaşdırılması üçün Tərtər RQİİ-nin rəhbərliyinə də göstəriş verib. Daha sonra 10 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Baş direktor  nümunəvi işçilərin hər zaman rəhbərliyin diqqətində olduğunu və gələcəkdə də onların əməyinin qiymətləndiriləcəyini qeyd edib.

visiontv.az