“Bu, indiyə qədər COP tarixində gördüyüm ən heyrətamiz Media Mərkəzi - Beynəlxalq Yayım Mərkəzidir”.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Katibliyi Biliklərin İdarə Edilməsi üzrə məsul şəxsi Tomas Bahr sosial media paylaşımında deyib.
“Mən COP29-da iqlim dəyişikliyi ilə mübarizəmiz haqqında məlumat vermək üçün mediaya dəstəyi səbirsizliklə gözləyirəm. Biz hamımız COP29-da Azərbaycanın "Yaşıl Dünya naminə" şüarını yaşamalıyıq”, - o əlavə edib.