Azərbaycan dəhliz məntiqinə uyğun olaraq kommunikasiya xətlərinin açılmasına çalışır. Ermənistan “dəhliz” terminini öz ərazisi üzərində nəzarəti itirməsi anlamında qəbul edir...
Türkiyə kommunikasiyaların açılması prosesinin Azərbaycanın maraqlarına uyğun olmasını istəyir, eyni zamanda Türk Dünyası ilə sabit ünsiyyət, yəni Mərkəzi Asiyaya-Türkkistana çıxış tələb edir.
İran bu dəhlizin öz ərazisindən keçməsini istəyir. Ermənistandan keçməsinə isə qəti etiraz edir.
Rusiya yolun Ermənistan ərazisindən keçən hissəsinin öz nəzarətində olmasını istəyir.
Gürcüstan isə passiv şəkildə Zəngəzur dəhlizinə qarşı çıxır.
ABŞ dəhlizə Rusiyanın nəzarətinin olmamasını arzulayır və eyni məqsədlə İranın ərazisindən istifadə edilməməsinə isə qəti etiraz edir.
Bu qədər ziddiyyətin içində 2025-ci ildə Zəngəzur dəhlizi açılmalıdır...
Elbəyi Həsənli
visiontv.az