Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb
05.05.2025

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.

Bu bardə Visiontv.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd olunub ki, onun həyatı üçün təhlükə yoxdur.