Gürcüstanda prezident seçkiləri davam edir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, səsvermənin keçirildiyi parlament binasının qarşısına toplanan etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini bloklayıblar.
Binanın ətrafına çoxlu sayda polis əməkdaşı cəlb edilib. Etirazçılar hakim partiyanın namizədinin - 53 yaşlı keçmiş futbolçunun legitimliyini tanımadıqlarını bildirirlər.