İnsan hüquqları ilə bağlı araşdırma və təbliğat aparan “Human Rights Watch” Təşkilatı bu gün İranı həbsdə olan güneyli fəallar barəsindəki bütün əsassız ittihamları ləğv etməyə və onları sərbəst buraxmağa çağırıb.
Təşkilat bəyanat yayaraq, güneyli fəallara qarşı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılan hökmlərin qəddar hakim Əbülqasım Sələvati tərəfindən təsdiqlənməsinə toxunub və bildirib ki, bu repressiya vətəndaş cəmiyyətini əzmək və etnik qrupların hüquqlarını tələb etməsinə mane olmaqdır.
Qeyd olunub ki, ən azı 20 Güney Azərbaycan sakini “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “toplaşmaq və əlbir olmaq” və “casusluq”da günahlandırılıb.
visiontv.az
İran xalqı ac-yalavac, Xamenei isə deyir “Xoşbəxtlikdən sankisyalar daha az təsirli olur”