İran gəncləri iqtisadi çətinliklər ucbatından xroniki yorğunluq yaşayırlar
17.09.2025

İranın “Şərq” qəzeti yayımladığı reportajda orta təbəqəyə mənsub gənclərin iqtisadi problemlər səbəbindən “xroniki yorğunluq” və ruhdan düşmə vəziyyətində olduqlarını yazıb.

Nəşrin “Yoxsulluğa Düşmək” başlıqlı məqaləsində bildirilir ki, aylıq 20-30 milyon tümən (204-306 $) gəlir əldə edən gənclər artıq əvvəlki illərdə edə bildikləri gündəlik xərcləri qarşılaya bilmirlər.

Məlumata görə, bir çox gənclərin restorana getmək, idman zalına yazılmaq və ya sadə dəriyə qulluq məhsulları almaq imkanları məhdudlaşıb.

Qəzetə danışan bir gənc qız isə bildirib: “Son 4 ildə gəlirim 5 milyondan 30 milyon tümənə yüksəlsə də, ay ərzində dolanmaqda çətinlik çəkirəm. Dostlarımın vəziyyəti də eynidir. Yeganə əyləncəmiz ayda bir neçə dəfə bir-birimizin evində toplaşmaqdır. Kafe və restoranlara artıq getmirik”.

visiontv.az