İran yeni nüvə sazişi istəyir
25.01.2025

“Axios” saytı adı açıqlanmayan avropalı diplomata istinadən xəbər verib ki, İran və üç Avropa ölkəsi – Britaniya, Fransa və Almaniyanın yüksək vəzifəli rəsmiləri arasında Cenevrədə danışıqlar aparılıb.

Məlumata görə, Britaniya, Fransa və Almaniyanın diplomatları ilə danışıqlar iranlılar Donald Trampın 2018-ci ildə geri çəkdiyi 2015-ci il razılaşmasından fərqli olan yeni nüvə sazişi üzrə danışıqları bərpa etmək istədiklərini bildiriblər.

Bildirilib ki, İran rəsmiləri avropalılardan bu mesajı Vaşinqtona çatdırmalarını istəyib və ABŞ-nin plan və ya təkliflərini gözlədiklərini vurğulayıblar. Avropalı diplomatlar İran tərəfinə qeyd ediblər ki, nüvə məsələsində daha çox güzəştləri nəzərdə tutan təklifi masaya qoymaq Tehranın öhdəsindədir.

visiontv.az