İrana qarşı tətik mexanizmini aktivləşdirin - Amerikalı qanunvericilər
16.02.2025

Amerika Konqresinin Nümayəndələr Palatasının və Amerika Senatının bir qrup üzvü Hərtərəfli Birgə Fəaliyyət Planı iştirakçısı olan üç Avropa ölkəsindən İrana qarşı tətik mexanizmini işə salmağı,maksimum təzyiq siyasətini tətbiq etməyi və Tehrana qarşı bütün sanksiyaları geri qaytarmağı tələb edən planlar təqdim ediblər.

Planı hazırlayıb və Amerika Nümayəndələr Palatası və Senata təqdim edənlər senator Pit Riks və Klaudia Tenneydir.

Fevralın 14-də Pete Rikketts İrana qarşı bütün sanksiyaların bərpasını (tətik mexanizmi) Donald Tramp administrasiyasının maksimum təzyiq siyasətinin uğurunun əsas amili adlandırıb və bildirib ki, onun planı Amerikanın  avropalı müttəfiqlərinə güclü mesaj verir.

İranı “terrorizmin əsas sponsoru” adlandıran respublikaçı senator videomüraciətində İranın nüvə silahı əldə etməsini Amerika və müttəfiqlərinin təhlükəsizliyinə təhdid olacağını bildirib.

O, Donald Trampın prezidentliyinin ilk ayında İranın təxribatları ilə mübarizə üçün qətiyyətli tədbirlər gördüyünü vurğulayıb.

"Fransa, İngiltərə və Almaniyadan ibarət üç Avropa ölkəsi oktyabr ayına qədər tez hərəkət etməli və İranın nüvə ambisiyalarını və digər təxribatlarını məhdudlaşdırmaq üçün tətik mexanizmini işə salmalıdırlar",- senator əlavə edib.

Qeyd edək ki, bu planı Amerika Senatına Pit Riketts təqdim edib və daha 13 senator dəstəkləyib.

Visiontv.az