İranda iki britaniyalı həbs edilib
16.02.2025

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkfdaşları Britaniya vətəndaşı olan bir qadın və bir kişini həbs edib.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, adları açıqlanmayan britaniyalılar təhlükəsizlik məsələlərinə görə həbs edilənlər Kirman əyalətinin həbsxanalarında birndə saxlanılır.

Fevralın 12-də Britaniyanın İrandakı səfiri Hoqo Şorter Kirman şəhərinin Ümumi və İnqilab Məhkəməsində məhbuslarla görüşüb.

Qərb siyasətçilərinin fikrincə İran hökuməti xarici, xüsusən Qərb ölkələrinin vətəndaşlarını casusluq ittihamı ilə həbs edərək siyasi danışıqlarda tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

Visiontv.az