Bu büdcə qanun layihəsi ilə qarşıdakı vaxtlarda ölkədə aztəminatlı və yoxsul ailələrin həyat şərayitləri daha da çətinləşəcək.
Bu sözləri İran Əmək Assosiasiyasının rəhbəri Həsən Musəvi Şek deyib.
O, İranda yeni büdcə ili üçün Məsd Pezeşkian hökumətinin təqdim etdiyi layihənin yoxsul təbəqənin vəziyyətinə uyğun olmadığını söyləyib.
"Artan məsrəflər, gəlir və xərclər arasındakı qeyri-mütənasiblik yoxsulluğun dahada artmasına səbəb ola bilər",- Əmək Assosiasiyasının rəhbəri xəbərdarlıq edib.
Musəvi, hər il qəbul edilən əmək qanununun minimum əmək haqqından və işçilərn ehtiyaclarında az olduğuna diqqət çəkərək, işçitəbəqəsinin məişət problemlərinin artacaından narahatlığını bildirib.
Ölkədə məcburi əmək fəaliyyətinə cəlb olunan uşaqların da sayının artdığını deyən Əmək Assosiasiyasının rəhbəri, məcburi işə cəlb edilən azyaşlıların sayı ilə bağlı rəsmi və doğru statistika verilməməsini qınayıb.
visiontv.az