İranın Avropa ilə ticarət həcmi 138 faiz artıb: Bu baxımdan Zəngəzurla bağlı Tehranın Putinə qarşı demarşı hardasa anlaşılmağa başlayır
10.09.2024

Son dövrlərdə İran-Avropa İqtisadi Birliyi arasında ticarət həcmi 138 faiz artıb, bu, iki region arasında münasibətlərin gücləndiyini göstərir. Digər nüans ondan ibarətdir ki, bu həcmdə daha çox pay AİB üzvü kimi İran- Ermənistan xəttinə aiddir. Eyni zamanda, Ermənistana qarşı olan münasibətlərdə də maraqlı inkişaf istiqamətləri baş verib. Ermənistan hakimiyyəti, Nikol Paşinyanın rəhbərlik etdiyi qrup, bəzi tənqidlərə görə Qərb imperializminə xidmət edən bir qüvvə kimi təsvir edilir. Bu halda Ermənistana baxdıqda İranla Qərb arasında oxşar strategiyalara malik olduğunu göstərir.

Ötən gün İranla Ermənistan sərhədində Sanani körpüsünün açılışı münasibətlərdə yeni bir fəsildir. Həmçinin, İran belə bir gündəmdə sosial şəbəkələrdə Naxçıvanla bağlı 1990-cı illərdən qalan bəzi iddiaları da yenidən gündəmə gəlir. Güya İran SSRİ dağılanda buranı mütləq İrana qatmalı imiş. Digər nüansa baxaq, İran, əsasən Hindistandan Ermənistana silah daşınmasında istifadə olunan yollar üzrə narahatlığını ifadə edir ki, biz bu yola Zəngəzur dəhlizi deyirik. İndi digər bir paralelə baxaq, təxminən 95 km uzunluğunda idi İran – Azərbaycan sərhəd xəttinin uzunluğu hansı ki, işğal altında olan sərhədin ölçüsüdür bu.. , və Zəngəzur dəhlizinin keçdiyi uzunluq təxminən 30 km-lik bir hissəni əhatə edir. 100 km-lik işğal zonasında 30 il səsini çxarmayan Tehran silah koridoruna çevirdiyi Zəngəzur üçün Az qala Rusiyaya ilə kəllələşir.

İranın siyasəti, bəyanatları kimi tez-tez nəticəsiz qalmaqda ittiham olunur. Buna baxmayaraq, elə məhz bu günlərdə İrəvanla Dehli arasında birbaşa təyyarə reyslərinin açılması və Avropa Birliyi ilə viza şərtlərinin, münasibətlərin yumşaldılması kimi addımlar atılır. Bu isə göstərir ki, həqiqətən də Qərb və İran, Hindistan Ermənistan məsələsində əslində müttəfiq kimi fəaliyyət göstərir. Eyni anda məlum olub ki, Rusiya körfəzdə mübahisəli hesab edilən 3 adanın BƏƏ əmirliyinə aid olması ilə bağlı müqavilə bağlayacaq və buna görə Lavrovun Riyadda imzalanma mərasiminə qatılacaq. Sözügedən adalarda İranın da gözünün olduğunu nəzərə alsaq, Zəngəzurla bağlı İranın Putinə qarşı demarşı hardasa anlaşılmağa başlayır sanki..

Əziz Əlibəyli

visiontv.az