İran Sərhəd Qoşunlarının komandanı general Əhmədəli Qudərzi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları ilə bağlı növbəti dəfə qonşu ölkələri ittiham edib.
Qudərzi bildirib ki, “12 günlük müharibə zamanı təəssüf ki, bəzi qonşu ölkələr öz hava məkanında düşmənin pilotsuz uçuş aparatlarına, raketlərinə və PUA-larına icazə verdilər”.
Onun sözlərinə əsasən, bu hallar sənədləşdirilib və rəsmi etirazlar müvafiq qaydada bildirilib.
“Qonşularımız cinayətkar İsrailin İslam Respublikasını hədəfə almaq üçün öz ərazilərindən və ya hava məkanından istifadə etməsinə icazə verməməlidir”, – deyə general əlavə edib.
visiontv.az