İsrail əks-kəşfiyyatı SEPAH-ın Qüds Qüvvələrinə casusluq edən iki şəxsi həbs edib
09.12.2024

İsrailin daxili təhlükəsizlik xidməti (Şin Bet) və ölkə polisi Qolan təpələrindəki Restora kəndinin iki sakinini SEPAH-ın Qüds Qüvvələrinə casusluq ittihamına görə həbs edib.

Bu barədə İsrailin "Kan" telekanalı məlumat yayıb.

Məlumata görə, Təhrir və atası Basem Zidan İsrail ordusunun fəaliyyəti ilə bağlı təhlükəsizlik məlumatlarını toplamaqda və onu İranın agentlərinə ötürməkdə günahlandırılırlar.

Telekanlın bildirdiyinə görə, həbs əməliyyat noyabr ayında Şin Bet və Şimal Bölgəsi Polis Komandanlığının etniklər bölməsi tərəfindən həyata keçirilib.

İsrailin Şimal Rayon Prokurorluğu Təhrirə qarşı casusluğa görə  ağır ittiham aktı hazırlayıb. Həmçinin İsrailin Müdafiə Nazirliyi Basem Zidan üçün təhlükəsizlik riskinə görə inzibati həbs qərarı verib.

visiontv.az