Kərim İsmayılzadə məhkəməyə çağırılıb
18.10.2025

Kəşfiyyat Nazirliyi Kərim İsmayılzadəni zəng vasitəsilə Təbriz İnqilab Prokurorluğunun 10-cu şöbəsinə çağırıb.

Məhkəməyə çağırış məhkəmə sistemi vasitəsilə olmalı olduğu halda Kəşfiyyat Nazirliyi buna əməl etmir və fəallara telefon zəngi vasitəsilə hansı şöbəyə müraciət etməli olduqlarını bildirir.

Bundan başqa, İranın Kəşfiyyat Nazirliyi azərbaycanlı mülki fəalların məhkəmələrinə təsir göstərməklə, kukla hakimlər vasitəsilə onlar üçün süni işlər hazırlayır və onlara hökm çıxarır.

Xatırladaq ki, Kərim İsmayılzadə mülki fəaliyyətinə görə İran rejimi tərəfindən dəfələrlə həbs edilib və təzyiqlərə məruz qalıb.

visiontv.az