Azərbaycanlı türk fəalı Kərim İsmayılzadə heç bir rəsmi bildiriş almadan və məhkəməyə müraciət edilmədən telefonla prokurorluğun 15 saylı şöbəsinə çağırılıb.
İran İslam Respublikasının qanunlarına əsasən, fiziki şəxslərin prokurorluğa çağırılması “SƏNA” elektron sistemi vasitəsilə həyata keçirilməli və ittihamlar şəxsə rəsmi şəkildə bildirilməlidir.
Lakin dünən fəalın ailəsinə telefon zəngi bildirilib ki, Kərim İsmayılzadə Prokurorluğun 15 saylı şöbəsinə gəlməlidir.
Hüquq müdafiəçiləri bu hərəkəti ədalətli məhkəmə prinsiplərinin açıq şəkildə pozulması hesab edir və bunu azərbaycanlı vətəndaş cəmiyyəti fəallarına qarşı təzyiqlərin artırılması istiqamətində atılan addım kimi qiymətləndirirlər.
Bundan əlavə, son aylarda Azərbaycan milli hərəkatının çoxlu sayda fəalı İran hökumətinin təhlükəsizlik orqanları tərəfindən idarələrə telefonla çağırılıb, onların bir çoxu qeyri-qanuni hesab edilən bu telefon çağırışlarına əməl etməkdən imtina edib və rəsmilərə yazılı şəkildə çağırılmadıqca bu qurumlara gəlməyəcəklərini bildiriblər.
Visiontv.az