"Talil Bazaar" saytı yazır ki, Körfəz ölkələri Azərbaycan-Ermənistan sülh sazişini təkcə ikitərəfli razılaşma yox, Avrasiya miqyasında ticarət, enerji və təhlükəsizlik əməkdaşlığını gücləndirən geniş inteqrasiya prosesinin tərkib hissəsi kimi qiymətləndirir.
Sazişin Körfəz dövlətləri üçün əhəmiyyəti regiondan kənara çıxır və Avropa ilə Asiyanı birləşdirən “Orta Dəhliz” marşrutunun sabitləşməsinə yönəlir.
BƏƏ 2025-ci ilin iyulunda Bakı və İrəvan liderlərinin görüşünə ev sahibliyi etməklə dialoq mühitinə töhfə verib. Körfəz Əməkdaşlıq Şurası da mart ayında danışıqları alqışlayaraq, sözügedən sazişin sabitlik və qarşılıqlı hörmətə xidmət edəcəyinə ümidini ifadə edib.
Ekspertlərin fikrincə, Körfəz ölkələri Cənubi Qafqazda limanlar, dəmir yolları və logistika qovşaqlarına sərmayə yatırmaqla yanaşı, enerji tranziti və bərpa olunan enerji sahəsində də yeni imkanlar axtarır.
visiontv.az