Milli fəal və keçmiş siyasi məhbus Salar Tahir Əfşarın vəkili Fərzin Rüstəmi təhlükəsizlik məmurları tərəfindən dindirilib.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları sentyabrın 7-də azərbaycanlı hüquqşünasa zəng edib və onu nazirliyə çağırıblar.
Sentyabrın 8-də nazirliyə gedən Fərzin Rüstəmi bir neçə saatlığına saxlanılıb və sorğu-sual edilib.
Məlumata görə, təhlükəsizlik məmurları hüquqşünası Salar Tahir Əfşara maddi dəstək göstərməkdə günahlandırıb, məsələni siyasiləşdirməyə cəhd ediblər.
visiontv.az