Tamaşaçıların xahişi ilə 1 Aprel - Gülüş Günündə saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Respublikanın əməkdar artisti Dilarə Əliyevanın stəndap konserti olacaq.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından Visiontv.az- verilən məlumata görə, duzlu-məzəli yumor gecəsinə biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az" saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.