Netanyahu müdafiə nazirini niyə "vurdu"
11.11.2024

Benyamin Netanyahu Müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib. Baş nazir buna səbəb kimi aralarında yaranan fikir ayrılığına göstərib. Vəzifədən ayrılmasından sonra açıqlama verən keçmiş nazir fikir ayrılığının səbəbini girovların azad edilməsi ilə bağlı olduğunu bildirib. Qallantın fikrincə əsrlər azad edə bilər, ancaq bunun üçün İsrail ağır bədəl ödəməlidir. Qallant keçmiş hərbiçi və kifayət qədər radikal siyasətçidir.

O, 2008 - 2009 - cu illərdə Qəzza zolağında Həmasa qarşı " Çuqun " əməliyyatının rəhbəri olub. Məhz bu əməliyyat nəticəsində İsrail ordusu təşkilata çox zərbə vurmuş, hərbi komandanlığın əksər üzvlərini sıradan çıxarmışdı. Qallant fələstinlilərə qarşı nifrət bəsləyir və onlarla bütün növ danışıqlara mənfi baxır. Keçmiş nazir İordan çayının qərb sahillərində yəhudi yaşayış məskənlərinin salınmasının qızğın tərəfdarı idi və 2015 - ci ildə 475 min fələstinlinin qaçqın vəziyyətinə salınmasına səbəb olmuşdur. ABŞ - da prezident seçkiləri ərəfəsində Netenyahunun Müdafiə nazirini istefa göndərməsi bəzi suallara meydana çıxmasına səbəb olmuşdu. Qallant radikal siyasətin tərəfdarı idi, sülh danışıqlarına qarşı çıxır. Onu danışıqlara meyilli olan Xarici işlər naziri İsrael Katzın əvəz etməsi onu göstərir ki, Netenyahu hökuməti Həmasla danışıqları bərpa edə bilər. İsrail Qəzza zolağında mühüm uğurlar əldə edib, Həmasa ciddi zərbələr endirib, rəhbərliyini demək olar ki, sıradan çıxarıb. İndi əsas məsələ həmən ərazilərdə möhkəmlənməkdir. Qallant İrandan daha çox Həmas və Hizbullahla mübarizənin tərəfdarıdır. Ancaq Netenyahu proksi qüvvələrlə məsələni həll edib əsas diqqəti İrana yönəltməyi hədəfləyir. Netenyahu üçün Qallant müharibə dövrünün kadrıdır. Ancaq sülh müqaviləsi və daha uzun hədəfli müharibə üçün görünür onunla əməkdaşlıq mümkün deyil. İsrailin əsas məqsədi ABŞ - ni İrana qarşı mübarizəyə cəlb etmək və Körfezde yerləşən ABŞ bazalarından İran əlehinə istifadə etməkdir. Xarici işlər nazirinin Müdafiə nazirliyinə gətirilməsi məhz Pentaqonla münasibətlər, həmçinin Hizbullah və Həmasla aparılacaq danışıqlara görə olduğu aşikardır. Qallantın istefaya göndərilməsi İsraildə keçiriləcək parlament seçkilərində hazırkı Baş nazir Benyamin Netanyahunun şansını azalda bilər. Hazırkı hökumət məhz fələstinli qruplara qarşı radikal siyasəti səbəbi ilə İsrail əhalisindən dəstək görür. Netanyahunun yumşalma siyasəti bu qrupların qəzəbini çəkə bilər. Xüsusilə o nəzərə alınmalıdır ki, Qallantın dini - millətçi dairələrlə dairələrlə yaxın münasibəti var. O, hələ 2022 - ci ildə Müdafiə naziri vəzifəsinə gətirilərkən İordan çayının qərb sahilində yaşayan İsraildəki fələstinliləri təmsil edən Yeşa Şurasına rəhbərlik edən Şlomo Neeman, təyinatdan əvvəl Qalantı bibliya termini ilə salamlamışdı. Onun vəzifədən azad edilməsi bu millətçi qrupları məyus edib. Qallantın gedişi həmçinin Ariel Şaron qrupunun da siyasətdən uzaqlaşdırılmasının başlanğıcını qoya bilər. Qallant Şaron baş nazir olduğu dövrdə hərbi atteşə olub. Keçmiş müdafiə naziri Şaronun siyasətinə sadiq qalıb və onun həyata keçirilməsini dəstəkləyirdi. Görünür ki, ABŞ - dakı seçkilər İsrail siyasətinə də təsir edib və Netanyahu artıq sərt xətti bir qədər yumşaltmağı hədəfləyir. Qallantın gedişi Hizbullah və Həmas, həmçinin İordan çayının qərb sahilində yerləşən Fələstin Muxtariyyət də sevincli qarşılanıb. Qallant sələfi Benni Qantzın dövründə Mahmud Abbas admistirasiyası ilə əldə edilən razılaşmaları heçə saymışdı. Ehtimal ki, Netanyahu hökuməti Ramallahda yerləşən admistirasiya ilə danışıqları bərpa edəcək.

Zeynal Əmirəliyev

visiontv.az