Paşinyan Ermənistandakı toplumu öz təbirincə desək, "dövlət xalqı"na çevirə biləcəkmi?
Paşinyan Ermənistandakı toplumu öz təbirincə desək, "dövlət xalqı"na çevirə biləcəkmi?
27.05.2024 Sahib Alıyev Tərəfindən

Paşinyan Ermənistandakı toplumu öz təbirincə desək, "dövlət xalqı"na çevirə biləcəkmi, açığı, mən buna elə də əmin deyiləm.

Əgər oradakı xristian qıpçaqlar və digər türklər, yəni ərmənlər haylarla yollarını ayırsalar, öz dini köklərinə qaydaraq Alban apostol kilsəsinin ənənələrinə uyğun davransalar, onda bu yöndə xeyli müsbət dəyişikliklərin baş verməsi mümkündür. Amma təəssüf ki, hazırda Ermənistan cəmiyyəti Paşinyanın "böyük təsir agenti" adlandırdığı, üstəlik həm də terror yuvası olan hay kilsəsinin təsiri altındadır. Ona görə də ölkələrini forpostluqdan çıxarmağa çalışanları özlüklərində guya aşağılayaraq "türk" çağırırlar. Əslində isə onları şərəfləndirirlər və məncə, başları "Dəmir Yumruq"dan- "Dəmir Yumruğ"a dəydikdən sonra Ermənistanı qonşuları ilə sülh içində yaşayan normal dövlətə çevirməyi düşünənlər özləri də bunun fərqindədirlər.

Bir məsələni də burada özəlliklə vurğulamağı lazım bilirəm ki, Azərbaycanın ikinci Qarabağ savaşı və ondan sonra atdığı digər mühüm addımlarla neçə əsrlik geosiyasi reallığı dəyişdirməsi 1836-cı ildə Alban Katolokosluğunun hay kilsəsinin tabeçiliyinə verilməsi kimi tarixi ədalətsizliyin yenidən qiymətləndirilərək gərəkən addımlar atılmasını qaçılmaz edir.

 

Millət vəkili Sahib Alıyev

visiontv.az