Pezeşkian: “İnkişafı quyu qazmaqla axtarmayaq”
09.10.2025

İran prezidenti Məsud Pezeşkian ölkədə su ehtiyatlarının düzgün idarə edilməsinin vacibliyinə diqqət çəkib. O, bildirib ki, şəhərlərin inkişafı yalnız quyu qazmaqla təmin edilə bilməz.

Prezidentin sözlərinə görə, “əgər inkişafı quyu qazmaqla axtarsaq, bir müddət sonra işləmək imkanı qalmayacaq, çünki quyuların suyu tükənəcək. O zaman buna kim cavab verəcək?”

Pezeşkian vurğulayıb ki, şəhərlərin inkişafını su quyularının hesabına planlaşdırmaq düzgün deyil:

“Quyular milyon illik sərmayədir, onlardan məsuliyyətsiz şəkildə istifadə etmək olmaz. İnkişaf planlarında quyuların istifadəsinə xüsusi diqqət yetirilməlidir”.

visiontv.az