Rusiyanın Saxtakarlığa qarşı Mübarizə Assosiasiyası erməni konyaklarında və şərablarında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilməsini əsas gətirərək, Ermənistandan alkoqollu məhsulların idxalına nəzarətin gücləndirilməsi və dövriyyəsinin məhdudlaşdırılması xahişi ilə Baş Prokurorluğa müraciət edib.
Vəssalam, bununla da Putinin Ermənistana qarşı "ticarət müharibəsi" başladı.
Konyakın ardınca Ermənistan istehsalı olan digər məhsullara da qadağaların qoyulacağı gözlənilir.
Putin rəqiblərini və ya düşmənlərini bu cür hibrid üsullarla "vurmağı", zərərsizləşdirməyi çox sevir.
"Konyak müharibəsi" də Ermənistanı küncə sıxışdırmağın üsullarından biridir.
Paşinyan tüfəngini götürüb Kərbəlayinin (Putinin) tərəfinə keçərsə, Rusiyanın əlaqədar qurumları yəqin ki, dərhal erməni konyakını standartlara uyğun elan edəcək.
P.S.
Lakin Paşinyanın tüfəngi hələlik Makronun əlindədir. Ona görə də Paşinyan Putinin "zay məhsul" elan etdiyi konyakları qoltuğuna vurub yəqin ki, Makronun yanına gedəcək. Qoy, xarab konyakdan vurub özləri üçün şellənsinlər .
P.P.S.
Yeri gəlmişkən, 2017-ci ildə Avropa İttifaqı da Ermənistana öz spirtli içki məhsulunu "konyak" adlandırmağı qadağan edib. Çünki "konyak" sözünün müəlliflik hüququ Fransaya məxsusdur və yalnız fransızlar "konyak" adı ilə içki istehsal edə bilərlər.
Bəybala Mirzəyev
visiontv.az