Qlobal siyasi kataklizmlər kontekstində seçki keçirmək, qlobal qəhrəmanlıq tələb edir
09.08.2024

Qlobal siyasi kataklizmlər kontekstində seçki keçirmək, eləcə də ayrıca olaraq qlobal qəhrəmanlıq tələb edir.

Və hazırkı dünyəvi siyasi reallıqlarda seçkilər dövlətlərin daxilinə ciddi müdaxilələrə şərait yaradan əsas alət kimi çıxış edir. Azərbaycanda bu gündən parlament seçkiləri üçün təbliğat- təşviqat dönəmi başlayır. Bizim yolumuz məhz daxili siyasi sabitliyə əsaslan seçki mühitinə qatqı vermək və o mühiti yad qüvvələrin hücumlarından qorumaqdır. Xeyirli və uğurlu başlasın. Seçki milli təhlükəsizlik məsələsidir. Cənab Prezidentin Yeni Dövrü Azərbaycanın Güclü Gələcəyinin adıdır.

1990-cı ildən ötən 34 il ərzində keçilən yol tələb edir ki, 2024-cü ildə qanunverici hakimiyyyətin qurulması, Parlamentin gələcək obrazı ən ümdə prinsipi Vətən müharibəsində parlaq Qələbəmizi qoruyub saxlamaq və onu xarici təhlükələrdən hifz etməkdir. Ona görə də hazırda bütün partiya, hərəkat və fərqli sosial qrupların bir-biri ilə uzlaşmayan istək və tələbələri məhz təhlükəsiz Azərbaycan idealında birləşir, hamının mənafelərinə cavab verir.

Əziz Əlibəyli

visiontv.az