Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək
06.03.2026

“Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi".

 Bunu  Azərbaycan xarici işlər naziri  Ceyhun Bayramov Bakıda  Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri  Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Qətərdə qalan  Azərbaycan vətəndaşları var idi: “7 martda Qətərdə qalan vətəndaşlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə də qalan insanlar var, onların da hamısının  Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”.

visiontv.az