Rubinyan və İran XİN rəhbərinin müavini Ermənistan-Türkiyə dialoqunu müzakirə edib
09.09.2025

Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan İran xarici işlər nazirinin müavini Vahid Calalzadə ilə görüşüb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ruben Rubinyan və Vahid Calalzadə Ermənistan-Türkiyə danışıqlar prosesini müzakirə ediblər.

Ermənistan parlamentindəki görüşdə bölgədəki son hadisələrə də toxunulub.

Rubinyan bildirib ki, İranla münasibətlər qarşılıqlı hörmətə əsaslanır və Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.