Saf su niyə "tok" keçirmir?
11.09.2024

Hər kəsə yaxşı məlum olan bir məsələ var ki, su və elektrik cərəyanı bir araya gəldimi bu insan üçün heç də yaxşı olmayan nəticələrə gətirib çıxara bilər. Ayağınız sulu zəmindədirsə və ya ya taxıcı taxıc yuvasına ( "rozetka" ) taxarkən əliniz yaşdırsa cərəyan vurması ilə qarşılaşa bilərsiniz.

Əslində isə saf su dielektrikdir və çox pis elektrik keçiriciliyinə sahibdir. Bildiyiniz kimi elektrik cərəyanı yüklü hissəciklərin hərəkəti ilə əmələ gəlir. Bunun üçün isə keçirici materiallarda sərbəst elektron və ya ionların olması vacibdir. Saf suda isə sərbəst elektronları demək olar ki yoxluğu onun dielektrik olmasına səbəb olur.

Təbiətdə isə saf, destillə olunmuş su tapmaq çox çətin məsələdir. Çaylar, göllər, dənizlər, okeanlarda mövcud sular minerallarla zəngin olduğu üçün tərkibində sərbəst ionların mövcudluğu onu çox yaxşı elektrik keçiricisinə çevirir. Ona görə də suyla elektrikin bir araya gəlməsi həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər.

visiontv.az