Siyarto Ermənistan-Azərbaycan sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edib
10.09.2024

Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvanla Bakı arasındakı sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edib.

APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, o, bunu “İrəvan dialoqu” forumu çərçivəsində söyləyib.

Siyarto bunu ölkəsinin göstərə biləcəyi mühüm kömək kimi dəyərləndirib.

Visiontv.az