“Roozplus” saytı yazıb ki, ABŞ və müttəfiqləri Ermənistan üzərindən keçən və "Tramp marşrutu" (TRIPP) adlandırılan yeni kommunikasiya layihəsini təşviq edirlər.
Layihə zahirən iqtisadi olsa da, əslində Qərbin Mərkəzi Asiyada nüfuzunu artırmaq, Rusiyanın təsirini zəiflətmək və İranın qonşuluğunda Vaşinqtonun nəzarətində olan dəhliz yaratmaq məqsədi güdür.
Saytın məlumatına görə, Ermənistan rəsmiləri bu marşrutun ölkəni regional nəqliyyat mərkəzinə çevirəcəyini iddia edirlər. İqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, layihə artıq icra mərhələsindədir.
Məqalədə amerikalı analitik Endryu Koribkodan sitat gətirilərək yazılıb ki, ABŞ layihə üzərində dominant mövqe saxlamaq niyyətindədir və əsas məqsəd bölgədə Rusiya təsirini zəiflətməkdir. Habelə, İranla mümkün toqquşmalar ehtimal edilsə də, Vaşinqton buna imkan verməyəcəyini bildirilib.
visiontv.az