"Yaxşı, professor, mən uçuram..." deyə başqa stolda əyləşən Qandi cavab verdi
07.09.2024

Dünyada elə insanlar var nəinki öz ölkələrində, bütün dünyada tanınır. Mahatma Qandi öz ölkəsini saymasaq, bütün dünyada məşhur bir şəxsiyyət idi.

Mohandas Karamçand "Mahatma" Qandi olmazdan öncə Böyük Britaniyada 1888-ci ildə London Universitet Kollecinə vəkil olmaq üçün daxil olur. Burada oxuyanda hüquq üzrə professor John Peters adlı bir Uels əsilli ingilis müəllimin onun İngils mədəniyyəti ilə ayaqlaşmadığına görə münasibəti pis idi. Əvvələr Qandinin rəqs dərslərinə gedib ingilis adətlərini mənismək istəməsinə loyal yanaşırdı, lakin onun burdan uzaqlaşması, ingilis mətbəxi, musiqisindən uzaq durması onu əsəb edirdi.

Dərs arası fasilə zamanı professor yeməkxanada görür ki, Qandi əlində vegetarian yeməklə onun oturduğu stolda əyləşir. Klassik mühafizkar və ingilis mətbəxində ət yeməklərinin üstünlük təşkil etməsi səbəbilə professor Qandini yanından uzaqlaşdrmaq üçün deyir:

-“Cənab Mohandas, siz bilirsinizmi ki, donuzla quş birlikdə yemək yeyə bilməzlər?”

"Yaxşı, professor, mən uçuram..." deyə başqa stolda əyləşən Qandi cavab verdi.

Bu söz ona pis təsir edir və professor növbəti imtahanda kifayət qədər qəliz sual verməsinə baxmayaraq Qandi cavabları verir. Görür ki, elmi yolla ona qalib gələ bilməyəcək, deyir

"Cənab Mohandas, təsəvvür edin ki, siz yolda dayanırsınız və bir çanta tapırsınız, onu açıb içində müdriklik və çoxlu pul görürsünüz. İkisindən hansını seçərdin?”

- "Əlbəttə puldur, prof."

- "Ah, mən müdrikliyi seçərdim."

- “Doğru deyirsiniz, professor, əslində, hər kəs özündə olmayanı seçir!” "

Professor qəzəblə axmaq sözünü yazdı və imtahan kağızını ona qaytardı.

Qandi testin nəticəsini oxudu və dərhal geri qayıtdı.

"Professor, siz imtahanı imzaladınız, amma qiymət verməyi unutmusunuz!"

Ömrüm boyu belə tələbələrim olmasını arzu etmişəm, hazırcavab, cəsarətli və məntiqli.

dosent, Zaur Əliyev

visiontv.az