Dünya 3 öküzün üzərində dayanır
02.11.2024

Deyirlər, dünya 3 öküzün üzərində dayanır. Deyənlər çox, öküzlər müxtəlif olsa da, mahiyyət eynidir. Deyirəm, bu fikri realda yox, məcazi mənada başa düşmək və qəbul etmək lazımdır.

Yəni, dünyada 3 əsas, 3 baziz var ki, bizim dövlət, cəmiyyət dediyimiz üstqurumlar bunların üzərində dayanır, bunlara arxalanır...

Müasir dünyanın böyük əhəmiyyət verdiyi, iqtisadi inkişafın, ictimai rifahın əsası hesab etdiyi dövlət, dövlətçilik kimi qurumlar da 3 dayağın üstündə bərqərar olur, dayanır: Silahlı qüvvələr, maliyyə mənbələri və mənəvi dəyərlər. Aydındır: Maliyyə mənbələri dövləti qurmaq, silahlı qüvvələr dövlətçiliyi qorumaq üçün əsasdır. Amma mənəvi dəyərlər olmasa, nə dövləti qurmaq, nə də qorumaq olar. Zira, bizim dövlət, cəmiyyət hesab etdiyimiz qurumlar mənəvi dəyərlər olmasa, yarana bilməz, təsadüfən yaransa da, inkişaf edə, irəli gedə bilməz...

Qalib Arif

visiontv.az