Güneyli rejissorun filminin Rusiyada nümayişinə icazə verilmədi
15.10.2025

Rusiya Mədəniyyət Nazirliyinin nümayiş icazəsi verməməsi səbəbindən güneyli rejissor Cəfər Pənahinin “Sadə bir təsadüf” filmi əvvəlcədən elan olunmuş tarixdə bu ölkədə nümayişi ləğv olunub.

Bu haqda filmin Rusiya distribütor şirkəti məlumat yayıb.

Şirkət oktyabrın 30-dan Rusiya kinoteatrlarında ekranlaşdırılması planlaşdırılan filmin nümayişinə icazə verilməməsinin səbəbini açıqlamayıb. 

"Sadə bir təsadüf" filmi İran hökumətini tənqid edən kinorejissor, sonuncu Kann Film Festivalında Ən Yaxşı Film nominasiyasında "Qızıl Palma" mükafatını qazanan Cəfər Pənahinin son işidir. Fransa bu filmi bu il Oskarda Ən Yaxşı Beynəlxalq Bədii Film kateqoriyası üçün tətəqdim edib.

Son həftələr Fransada nümayiş etdirilən "Sadə bir təsadüf" filmi fransalıların rəqbətilə qarşılanıb və onun başqa bir neçə ölkədə də nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, filmi rəsmi icazə olmadan və hicabsız qadın aktyorların iştirakı ilə İranda çəkilib və İran hökuməti pnu qadağan olunmuş əsərlər siyahısına salıb.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.

visiontv.az