Gürcüstanda prezident seçkiləri ilə bağlı parlament binasının qarşısında aksiya keçirilir
14.12.2024

Gürcüstanda prezident seçkiləri davam edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, səsvermənin keçirildiyi parlament binasının qarşısına toplanan etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini bloklayıblar.

Binanın ətrafına çoxlu sayda polis əməkdaşı cəlb edilib. Etirazçılar hakim partiyanın namizədinin - 53 yaşlı keçmiş futbolçunun legitimliyini tanımadıqlarını bildirirlər.