İranda 1,6 milyon insan əyləncə üçün narkotikdən istifadə edir
18.10.2025

İranda təqribən 1,6 milyon insan narkotikdən istirahət və əyləncə məqsədilə istifadə edir, bu statistika narahatedicidir və onu göstərir ki, normal həyat sürən, zahirən normal görünən gənclər arasında narkotikə asılılıq yayılır.

Bunu Narkotiklərlə Mübarizə Baş İdarəsinin müalicə bölməsinin rəhbəri Süleyman Abbasi deyib.

"Bəzi seriallarda və filmlərdə narkomaniya və siqaretdən istifadə normal hərəkət kimi göstərildikdə, yeniyetmələ bu davranışların normal və hətta cəlbedici olduğu qəbul edirlər”,- o əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl İran səhiyyə nazirinin keçmiş müavini Rza Məlikzadə ölkə əhalisinin 10%-nin narkotikadan istifadə etdiyini bildirib.

visiontv.az