İranın İsfahan, Ramhormoz, Behbahan, Dezful, Ərak və Şiraz şəhərlərinin həbsxanalarında 8 məhbus edam edilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məhbusların adam ğldürmək və narkotik maddə cinayətlərində günahlandırıldıqları bildirilib.
Bununla yanaşı 4 məhbus barədə edam hökmü çıxarılıb, 3 məhkum isə edam qabağı hazırlıq üçün Kərəcin Qızılhisr həbsxanasının təkadamlıq kameralarına köçürülüb.
Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.
visiontv.az