Polad Sənayesi Assosiasiyasının üzvü Vəhid Yəqubi keçən aydan etibarən bu sahəyə qazın nəqlinə ciddi məhdudiyyət qoyulduğunu elan edib.
Vahid Yaqubi Tasnim xəbər agentliyinə bildirib ki, qaz məhdudiyyəti keçən il dekabrın ortalarında tətbiq olunduğu halda, məhtudiyyətlər bu il oktyabrın ortalarından başlayıb.
İran bir neçə il əvvələ qədər yalnız qışda böyük qaz kəsiri yaşayırdısa, ötən il ölkənin qaz defisiti payızda başlayıb .
Qeyd edək ki, Elektrik stansiyalarının mazut və dizel yanacağı ehtiyatlarının azalması və kəskin qaz qıtlığı hökumətin Kərəc, İsfahan və Ərakdakı üç elektrik stansiyasının fəaliyyətini dayandırmasına və son bir neçə gündə ölkə miqyasında işıqların kəsilməsinə səbəb olub.
visiontv.az