İranda media işçilərinə qarşı təzyiqlər artıb
05.10.2024

Sentyabr ayı iranlı jurnalist və media işçiləri üçün daha ağır ay olub və avqust ayı ilə müqayisədə sentyabr ayında jurnalistlərə qarşı təzyiqlər 30% artıb.

Bu barədə Azad İnformasiya Axışını Müdafiə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, sentyabr ayı ərzində 24 jurnalist və media orqanına qarşı 28 cinayət işi açılıb.

Bununla yanaşı daha 25 jurnalist və informasiya qurumunun da müxtəlif təzyiqlərlə üzləşdiyi qeyd olunub.

Qeyd edək ki, cari ilin mart ayından avqustun sonuna kimi olan hesabata əsasən İranda ümumilikdə 181 jurnalist və media qurumuna qarşı iş açılıb.

Həmin müddət ərzində azı 34 jurnalist və media fəalı saxlanılıb və ya cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.

visiontv.az