Məsud Pezeşkian dövründə edam edilənlərin sayı açıqlandl
09.08.2024

Məsud Pezeşkianın İranda Prezident seçilməsindən bu ötən təxminən bir ay ərzində ölkədə edam sayı kəskin artıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, iyulun 5-dən avqustun 5-ə kimi ölkə həbsxanalarında 87 məhkumun edam hökmü icra olunub.

İnsan haqları təşkilatları bununla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib və edamların dayandırılması üçün İran hökumətinə təzyiq göstərməyi tələb ediblər.

Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində İranda 238 məhkum dar ağacından asılıb.

visiontv.az