Təhlükəsizlik məmurlarının mayın 7-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində həbs etdiyi milli fəal Huşəng Nağızadə bu gün sərbəst buraxılıb.
Bununla bağlı onun yaxınları məlumat yayıb.
Məlumata görə, o girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Urmu həbsxanasından azad edilib.
Huşəng Nağızadə "milli zəmində münaqişə yaratmaq" və "ictimai asayişi pozmaq"da günahlandırılıb.
Qeyd edək ki, Nağızadə 2006, 2013, 2018, 2020 və 2022-ci illərdə də dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib.
visiontv.az