Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu həbsxanasında saxlanılan məhkum həyatını itirib.
Bu barədə insan haqları fəalları məhkumun ailəsinə istinadən məlumat yayıb.
Məlumata görə, 48 yaşlı Ruhullah Məhəmmədi ürək çatışmazlığından əziyyət çəkirmiş.
"Vəziyyətinin ağırlaşmasına baxmayaraq, həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsinə icazə verməyib və Məhəmmədi ölüb",- məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda Urmu həbsxanası ən qorxulu və intihar sayının çox olduğu həbsxanalardan biri kimi qeyd edilib.
visiontv.az