İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Təl-Əvivdə milli təhlükəsizlik kabinetini toplayacaq.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin Ofisindən “The Times of Israel”ə bildirilib.
Qeyd edilib ki, təhlükəsizlik iclası İranın İsrailə yenidən hücum etməklə hədələməsi və ABŞ-ın Livanda atəşkəs əldə etməyə çalışdığı bir vaxta təsadüf edir.