Saponinlər, ligustrin və ya Adi birgöz bitkisi insanlar üçün niyə zəhərlidir?
14.12.2024

Videoda gördüyünüz, ölkəmizdə də yayılmış Ligustrum vulgare (Adi birgöz) dekorativ bitki kimi tanınsa da, onun giləmeyvələri insanlar üçün zəhərlidir.

Tərkibindəki saponinlər və ligustrin kimyəvi maddələri mədə-bağırsaq narahatlığı, qusma, ishal, başgicəllənmə və hallüsinasiya kimi simptomlara səbəb ola bilər. Bu toksinlər yüksək miqdarda qəbul edildikdə daha ciddi təsirlər yarada bilər. Quşlar üçün təhlükəsiz olan bu giləmeyvələr, məməlilərin həzm sistemində toksik reaksiyalar doğurur. Buna səbəb quşların həzm sisteminin daha sürətli hərəkətə sahib olmasıdır. Beləliklə bitki toksinləri təsir göstərməyə başlamadan xaric edilmiş olur. Bu həm də quşların həzm sistemindən adi birgöz toxumlarının zərər görmədən çıxmasına və bitkinin yayılmasına şərait yaradır.

Neandertal

visiontv.az