Hazırda Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan siyasi məhbus və işçi hərəkatı fəalı Şərifə Məhəmmədi yenidən edam cəzasına məhkum edilib.
Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.
Beynəlxalq insan haqları təşkilatlarının təzyiqləri nəticəsində İranın Ali Məhkəməsi oktyabr ayının ortalarında işçi hərəkatı fəalının edam hökmünü ləğv etmişdi, yenidən qüvvəyə minib.
visiontv.az