Türkiyə ilə Türkmənistan türkmən qazının Türkiyəyə tədarükünü təmin edəcək müqavilə imzalayıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
O qeyd edib ki, BOTAŞ ilə Türkmənqaz arasında imzalanan sənədə əsasən, qaz tədarükünün 2025-ci il martın 1-dən başlanması planlaşdırılır.