ABŞ Danimarka ilə Cənubi Qrenlandiyada üç yeni hərbi baza açılması barədə məxfi və müntəzəm danışıqlar aparır.
İran Ticarət Palatasının İdxalın İdarəolunması Komissiyasının sədr müavini Davud Rəngi, “Eghtesad News”a açıqlamasında bildirib ki:
The New York Times yazıb ki, Russia Xəzər dənizi vasitəsilə İran adlanan ölkəyə hərbi və ticari yüklər göndərir ki, Tehran ABŞ hücumlarına qarşı müqavimət imkanlarını gücləndirə bilsin. ABŞ rəsmilərinə istinad edən qəzet bildirib ki, Moskva bu marşrutla pilotsuz uçuş aparatlarının ehtiyat hissələrini də İrana çatdırır.
The New York Times, The Wall Street Journal və Al Jazeera yazır ki, Tehran Vaşinqtonun sülh təklifinə cavabını Pakistan vasitəsilə göndərib. Lakin Donald Trump bu cavabı “TOTALLY UNACCEPTABLE” (“tamamilə qəbuledilməz”) adlandırıb.
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşəcək. Bu görüş İranla bağlı davam edən müharibə fonunda baş tutur və tərəflər arasındakı ciddi fikir ayrılıqlarına baxmayaraq, hər iki tərəf bu ziddiyyətlərin daha geniş münasibətlərə təsir etməsinin qarşısını almağa çalışır.
Prezident İlham Əliyev: Biz istəməsəydik, sülh olmayacaqdı. Şöhrət El-Dənizin şərhi.
Müxtəlif sahələr üzrə 112 Nobel laureatı birgə bəyanat yayaraq iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, ona qarşı irəli sürülən bütün ittihamların ləğv olunmasını tələb edib. Məhəmmədi bugünlərdə Tehranda xəstəxanaya yerləşdirilib.
Avropa İttifaqının prezidenti Koşta Rusiya ilə danışıqlara başlamaq üçün hazırlıqlara başladıqlarını qeyd edib. ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar hər hansı ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı önə çıxmağa çalışır. ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi olub. Xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində D. Tramp – V. Putin sövdələşməsi baş tutmadı.