Bunu İran Döş Xərçəngi Assosiasiyasının rəhbəri Nahid Nəfisi deyib.
ABŞ Dövlət Departamenti SEPAH və ona bağlı qurumların maliyyə mexanizmlərinin pozulmasına kömək edəcək məlumatlara görə 15 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.
Qərbi Azərbaycan əyalətinin başçısı Rza Rəhmani Urmu gölünə son aylarda təxminən 30 milyon kubmetr suyun daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu artım göldə su səviyyəsinin son 6 ilin ən yüksək həddinə çatmasına səbəb olub.
Sosial şəbəkələrdə yayılan videoda mağaza işçilərinin qırmızı ətin qiymətinin bahalaşdığı elan edildikdən dərhal sonra ət paketlərini rəflərdən yığışdırdığı və insanların əvvəlki qiymətlə alış-veriş etməsinə mane olduğu görünür.
Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyevlə Ege Ordusu və Qarnizon komandanı ordu generalı İrfan Özsert arasında görüş keçirilib.
“The Wall Street Journal” nəşri xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) gizli şəkildə İrana qarşı hərbi hücumlar həyata keçirib.
Aprel ayında İranda 52 növ əsas qida məhsulundan 44 məhsulun qiyməti kəskin bahalaşıb və bəzi məhsulların qiymətində rekord bahalaşma qeydə alınıb.
Mayın 20-də Baş prokuror Xankəndidə vətəndaşları qəbul edəcək.